Ukrayna ordusu Rusiyann Kursk bölgəsində irəliləyir.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargah rəisi Oleksandr Sirski paytaxt Kiyevdə keçirilən "Ukrayna 2024. Müstəqillik" mövzundakı tədbirdə çıxış edərkən deyib.

O, Rusiyanın Kursk bölgəsində 1294 kvadrat kilometr ərazini və 100 yaşayış məntəqəsini artıq nəzarətə götürdüklərini elan edib: "Bizim qəhrəman hərbçilərimiz qətiyyətlə, əzmlə Kurska doğru irəliləməyə davam edir. Bu gündən etibarən, 1294 kvadrat kilometr ərazi və 100 yaşayış məntəqəsi hərbçilərimiz tərəfindən nəzarətə götürülüb. Ukrayna ordusunun uğurlu əməliyyatlarından sonra əsir mübadiləsi də yenilənib. Bilmənizi istərəm ki,  bu günədək Kurskdə 594 rus əsgəri əsir düşüb. Bizim Kursk əməliyyatı Rusiyanın gücünün istiqamətini əhəmiyyətli dərəcədə dəyişdirdi. Hazırda təxminən 30 min Rusiya əsgərinin Kursk istiqamətinə göndərilib. Bu say getdikcə artır. Düşmən başqa istiqamətlərdən geri çəkilməyə məcbur qalır".

Şiddətli toqquşmaların davam etdiyi Ukraynanın Donetsk vilayətinin Pokrovsk istiqamətində vəziyyətə toxunan Sirski bildirib ki, bu zonada vəziyyət kifayət qədər ağırdır: "Son həftələrdə hər gün orta hesabla 50-dən çox hərbi qarşıdurma yaşanır. Düşmənin canlı qüvvəsi, silah və hərbi texnikası, artilleriya sistemləri üstünlüyü var. Onlar təyyarə və zirehli texnikadan fəal istifadə edirlər. Lakin  bizm müqavimətimizi qıra bilmirlər..."

Samir Musayev

MİA.AZ