“Məscidül-Əqsa bizim üçün toxunulmaz qırmızı xəttdir və ora toxunulmasına heç vaxt imkan verilməyəcək". 

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözlər Fələstin Administrasiyasının bəyanatında yer alıb.

Administrasiya sözçüsü Nabil Əbu Redine bildirib ki, heç bir qüvvə Məscidül-Əqsaya toxuna bilməz: "Məscidül-Əqsa ilə bağlı status-kvonun dəyişdirilməsi çağırışları qəbuledilməzdir. Bu cür çağırışlar bölgədəki hər kəsi yandıracaq bir müharibəyə başlamaq səyləridir. 144 hektar ərazisi olan Əl-Əqsanın müsəlmanlara aiddir. Və bu, nəyin bahasına olursa olsun, dəyişməz qalacaq. ABŞ rəhbərliyi və beynəlxalq ictimaiyyət bunu nəzərə alaraq İsraildəki ifrat sağçı hökumətə qarşı hərəkətə keçməlidir".

Xatırladaq ki, İsrail Ordusu Radiosuna danışan milli təhlükəsizlik naziri Ben-Qvir "Mövcud siyasətin yəhudilərə Məscidül-Əqsada ibadət etməyə icazə verir. Məscidül-Əqsada sinaqoq tikmək planı var?" sualına “Bəli” cavabını verib.

Bu açıqlamadan sonra müsəlman ölkələri ard-arda bəyanatlar verib, bunun "son qırmızı xətt" olduğunu xüsusi vurğulayıblar.

İsrail Baş Nazirliyi isə açıqlama yayaraq Məscidül-Əqsadakı status-kvonun dəyişməyəcəyini bəyan edib.

Tahir Şəlvəli

MİA.AZ