İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsanın yerləşdiyi ərazidə sinaqoq tikiləcəyi haqqında açıqlaması Türkiyədə sərt qarşılanıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, məsələyə prezident Ərdoğanın lideri olduğu AK Partiyadan operativ və sərt reaksiya gecikməyib.

AK Partiya sözçüsü bildirib ki, Məscidül-Əqsa Türkiyəninmüqəddəs dəyəri, göz bəbəyi və qırmızı xəttidir: "İsrailin Milli Təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsanın yerləşdiyi ərazidə sinaqoq tikiləcəyi barədə çıxışı danışması bütün müsəlmanlara və bəşəriyyətə hücum edən alçaq və lənətləyici bəyanatdır.

Netanyahu şəbəkəsinin üzvləri də məscid və kilsələrin düşmənidir. Bu şəbəkə regionda sülhü pozmaq üçün hər gün yeni təxribat törədir. Bunlar qanun qarşısında cavab verməkdən xilas olmaq üçün bütün bölgəni dini müharibələrə sürükləməyə çalışan soyqırım və qırğın şəbəkəsidir. Beynəlxalq ictimaiyyət Əl-Əqsa məscidinin statusu ilə bağlı təxribat xarakterli ritorika ilə məşğul olan Netanyahu administrasiyasının üzvlərinə qarşı açıq mövqe nümayiş etdirməlidir”.

Firudin Səfərli

MİA.AZ