Rusiya ordusu bu gün Ukraynanı intensiv atəşə tutub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski açıqlama yayyıb.

Onun sözlərinə görə, bu gün Rusiya ordusu ölkəsinə 100-dən çox raket və 100-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə ağır zərbələər endirib: "Rusiya Kiyev başda olmaqla, Ukraynanın bir çox bölgəsinə zərbələr endirib. Təəssüf ki, ölənlər var. Bütün ölənlərin yaxınlarına başsağlığı verirəm. Onlarla yaralı var, onlara lazımi köməklik göstərilir”.

Rusiyanın Şimali Koreya istehsalı olan ballistik raketlərdən də istifadə etdiyini iddia edən Zelenski bildirib ki, hücumları dayandırmaq üçün Qərb ölkələri Ukraynaya uzaqmənzilli silahlardan istifadəsinə qoyulan məhdudiyyəti aradan qaldırmalıdır.

Firudin Səfərli

MİA.AZ