Bu gün Rusiya ilə Ukrayna arasında növbəti əsir dəyişikliyi baş verib.
Mia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə gerçəkləşən mübadilə zamanı Kursk vilayətində hərbi əməliyyatlar zamanı əsir götürülmüş 115 rusiyalı hərbçi 115 ukraynalı hərbi əsirlə dəyişdirilib.
Samir Musayev
MİA.AZ