Türkiyədə ali məktəbə qəbul olunanlara əlavə vaxt verilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar sentyabrın 2-dək yerləşdikləri universitetlərə qeydiyyatdan keçə biləcəklər.
Bu barədə Ali Təhsil Şurası (YÖK) yeni açıqlama yayıb.
Bildirilib ki, bu gün qeydiyyat üçün müraciət başa çatacaq. Lakin qeydiyyatdan keə bilməyənlər üçün əlavə vaxt tanınıb: "Ancaq hansısa səbəbdən qeydiyyatdan keçə bilməyən tələbələr üçün avqustun 26-dan sentaybrın 2-si saat 17.00-dək yerləşdirmə nəticələrinə uyğun universitetlərdə təkrar qeydiyyat hüququ veriləcək".
Lamiyə Əhmədli
MİA.AZ