İsrail Fələstin prezidenti Mahmud Abbasın Qəzza zolağına səfər etmək istəyini rədd edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin prezidentinin xüsusi nümayəndəsi Riyad əl-Maliki açıqlama verib.
O, Fələstin prezidentinin Fələstin ərazisinin heç bir hissəsinə səfər etmək üçün icazəyə ehtiyacı olmadığını desə də, İsrailin faktiki Mahmud Abbasın səfərini əngəllədiyini etiraf edib: "Bu əngəllə bağlı qərar Qəzzanın İsrailin hərbi işğalı altında olduğunu bir daha təsdiqləyir".
Rəsmi şəxs deyib ki, Fələstin prezidenti Mahmud Abbasın İsrailin qadağa ilə bağlı BMT Təhlükəsizlik Şurasına müraciət olunub: "Şuradan bu qadağanınləğvi ilə bağlı dəstək və təhlükəsizlik zəmanəti tələb edilib...."
Tahir Şəlvəli
MİA.AZ