NATO qüvvələri Almaniyanın Geilenkirchen şəhərindəki hərbi hava bazasında fövqələdə vəziyyət elan edb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə NATO-nun Almaniyadakı komandanlığı məlumat verib.

Bildirilib ki, kəşfiyyat məlumatlarına əsasən, Geilenkirchen şəhərindəki hava bazaya potensial təhlükə yaranıb: "Bu səbəbdən bazanın təhlükəsizliyi gücləndirilib. Persioanlın əsas hissəsi ehtiyat tədbiri olaraq evlərinə göndərilib. Heyətimizin təhlükəsizliyi əsas prioritetimizdir. Potensial təhlükəyə qarşı əməliyyatlar davam edir".

Lamiyə Əhmədli

MİA.AZ