Çinlə suverenlik mübahisəsi aparan Tayvanda aralarında yüksək rütbəli zabitlərin də olduğu bir qrup hərbçi casusluq səbəbindən saxlanılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Tayvanın rəsmi media orqanları məlumat yayıb.

İstantaqa istinadla yayılan məlumata görə, casusların gizli planları təqaüddə olan hərbçi, polkovnik Çen Yu-hsin barəsində açılan cinayət işi ilə üzə çıxarılıb: "Çen Yu-hsin qaçsa da, onun Tayvandakı ətrafı yaxalanıb. Bundan sonra istintaq genişlənib və ifadəsi alınan 10 hərbçidən 8-i haqda 18 aydan 13 ilə qədər həbs cəzası kəsilib. Çinə qaçan Çen haqqında isə hökm elan olunmayıb. O, rəsmi axtarışa verilib"

Xəbərdə o da deyilir ki, Çinə qaçan polkovnik-leytenant Çen Yu-Hsin poliot olub: "O, Çin kəşfiyyatı tərəfəindən ələ alınıb. İstintaqla müəyyən olunub ki, polkovnikin həm ordu daxilində Çinin xeyrinə iş aparmaq, həm də savaş başlayacağı təqdirdə hava gücləri ilə birgə Pekinin tərəfinə keçmək öhdəliyi olub..."

Xatırladaq ki, Çin Tayvanı öz ərazisi sayır. Tayvan isə1949-cu ildən de-fakto müstəqilliyə malikdir. Çin və Tayvan arasında vətəndaş müharibəsindən sonra ortaya çıxan ayrılma və suverenlik mübahisəsi davam edir. Rəsmi pekin 2027-ci ilə qədər Tayvanı özünə birləşdirməyi hədəfləyib.

Firudin Səfərli

MİA.AZ