Məşhur milyarder Elon Mask yaxın illlərdə insanların beyninə "Neuralink" çipii yerləşdiriləcəyini iddia edib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə sosoal media hesabında məlumat verib.
Donald Tramp prezident seçilərsə, onun komandasında yer almaq istədiyini ifadə edən milyarder bildirib ki, "Neuralink" beyin çiplərini yaxın 5 ildə milyonlarla insana implantasiya etməyi hədəfləyir.
O, sahib olduğu "Neuralink" adlı şirkətin bu barədə beyin-kompüter interfeysinin yeni imkanlarını ortaya qoyan video da yayıb.
Şirkət tərəfindən yayımlanan videoya görə, cib yerləşdirilən şəxs atıcı oyunlar oynayıb və digər funksiyaları real insandan daha mükəmməl yerinə yetirir.
"Neuralink"in bu paylaşımına dəstək verən Mask yazıb: "Əgər hər şey yaxşı getsə, bir neçə il ərzində yüzlərlə insan "Neuralink"ə sahib olacaq, beş ildən sonra bəlkə on minlərlə, 10 ildən sonra milyonlarla insan...".
O, "Neuralink"li inanların öz düşüncələrində olanlarıi kompüter dəstəkli dizayn (CAD) proqramından istifadə edərək 3D obyektlərinin dizaynı və sair kimi məsələlərdə tapşırıqları uğrula yerinə yetirə bildiyini sözlərinə əlavə edib.
Maskın sözlərinə görə, mümkün tətbiqlər arasında musiqinin birbaşa beyinə ötürülməsi və işıq spektrinin yeni hissələrini görmək üçün görmə qabiliyyətinin yaxşılaşdırılması da çipə daxildir.
Maraqlıdır ki, Maskın iddiasının əksinə olaraq, məşhur nevroloqlar iddia edirlər ki, bu çiplər hazırda çox təhlükəlidir: "Bu cür imkanların yaxın onilliklərdə tətbqii mümkün deyil. Şünki indi hakerlik və kiberhücum riskləri çox yüksəkdir və bu, qarşısıalınmaz təhlükələrə yol açar...".
Lamiyə Əhmədli
MİA.AZ