ABŞ prezidentliyinə namizəd Kamala Harris  sentyabrın 4-də canlı yayımda Donald Trampla debata qatılmayacaq.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məlumatı keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp verib.

Onun sözlərinə görə, bu barədə Kamala Harrisin ofisindən onun seçki qərargahına bildiriş gəlib: "Harris bizə "Fox News"da, 4 sentyabra planlaşdırılan canlı yayım debatına qatılmayacağını bildirdi. Mən buna təəccüblənmədim. Bunun çətin olacağını hiss etdiyini anladım. Bir zamanlar inandığı şeyləri dəyişmək və müdafiə etmək onun üçün çətin olacaq".

Tramp daha sonra deyib ki, o, özü həmin günü canlı yayhımda platformasını paylaşacaq: "Mən proqramda olacam. Proqram Pensilvaniyada çəkiləcək. Bizi izləyin".

Məlumatda o da deyilir ki, sentyabrın 10-da "ABC News" kanalında Trampla Harris canlı yayımda üz-üzə gələcəklər.

Lamiyə Əhmədli

MİA.AZ