Prezident Ərdoğanın lideri olduğu AK Partiyaya 23-cü ildönümü ilə bağlı müxalif partiyalardan qatılmalar olub.
Mia.az-ın Türkiyə mətbuatına istinadla məlumatına görə, onları keçirilən tədbirdə səhnəyə dəvət edərək döş nişanlarını taxan prezident Ərdoğan bildirib ki, partiyasının qapısı millətə xidmət etmək istəyən hər kəsə açıqdır: "Partiyamıza qatılan dostlarımızı salamlayır, millətə xidmətdə uğurlar arzulayıram".
Xatırladaq ki, dünən AK Partiyaya qatılanlar arasında İYİ Partiyasından istefa verən 2 deputat və xeyli müstəqil və partiya mənsubiyyəti olan bələdiyyə sədrləri də var.
Müstəqil statusda olan bələdiyyə sədrləri aşağıdakılardır:
Mahmut Dal (Adana/Saimbəyli)
Ali Açmaz (Elazığ/Arıcak/Bükardı)
Ali Öztoklu (Konya/Doğanhisar)
Mehmet Begit (Şanlıurfa/Birecik)
Zafer Arpacı (Uşak/Banaz)
YEenidən Rifah Partiyası üzvləri:
Cömert Özen (Adana/Feke)
Emrullah Akpunar (Ərzurum/Aziziye)
Fehim Kaya (Muş/Bulanık/Yoncalı)
Ömer Faruk Yenilmez (Muş/Mərkəzi/Yeşilova)
Mesut Karayiğit (Ordu/Çaybaşı)
Refahattin Şencan (Samsun/Ayvacık)
Nevzat Karasu (Ərzurum/Karaköy)
İYİ PARTİYASI
Hayrettin Özdemir (Ərzurum/Horosan)
AK Partiya qarılan deputatlar isə bunlardır:
İYİ Partiyadan istefa verən İstanbuldan deputatlar Seyithan İzsiz və Ahmet Ersagun Yücel.
Lamiyə Əhmədli
MİA.AZ