İYİ Partiyasının keçmiş sədri Meral Akşener CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu ilə məhkəmə çəkişməsinə hazırlaşır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
O bildirib ki, bir neçə ay əvvəl Beştəpə iqamətgahında Ərdoğanla görüşü və ötən prezident seçkisində "6-lı Masa" ilə bağlı yaranan qalmaqala görə üzləşdiyi ittihamları cavabsız buraxa bilməz.
Bu barədə “Sözcü TV”yə danşan Akşener deyib ki, artıq məhkəmə prosesinə hazırlaşır: "Bax, bu gündən işə başlamışıq. Həm Kamal Kılıçdaroğlunu, həm də Ümit Özdağı (O da 2018-ci il prezident seçkiilərində Akşeneri gizli olaraq Ərdoğanın qələbəsinə çalışmaqda ittiham edib - MİA.AZ) məhkəməyə verəcəyəm. Çünki "xəyanət" və "əxlaqsızlıq" - bu, iki ittiham çox ağırdır. Onları həzm etmək mümkün deyil".
Xatırladaq ki, K.Kılıçdaroğlu ötən prezident seçkilərində "6-lı masa" liderlərini anlaşmanın əksinə olaraq, ona arxadan xəncər vurmaqda, yəni, xəyanətdə ittiham edib.
Lamiyə Əhmədli
MİA.AZ