CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu Ekol TV-nin "Sorğusuz Sualsız" proqramında Armağan Çağlayanın suallarını cavablandırıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, gündəmlə bağlı suallara maraqlı cavablar verib.
Yenidən CHP sədrliyinə namizəd olub-olmayacağı ilə bağlı sualı cavablandıran Kılıçdaroğlu belə bir iddiasınn olduğunu gizlətməyib: "Sədrlik müzakirələrindən kənarda qalmaq istəyirəm. Ancaq partiyanın quurltay nümayəndələri var. Onlar istərsə, hər şey ola bilər. Əgər Əgər nümayəndələr "gəlməlisən" deyərsə, o zaman düşünərəm"
Jurnalist Can Ataklının "Ərdoğan Kılıçdaroğluna görüşməyi təklif edib" iddiası haqda da Kılıçdaroğluna sual ünvanlayıb.
CHP-nin sabiq sədri Ərdoğandan şəxsən özünün deyil, ətrafından belə təklif gəldiyini deyib: "Ərdoğanın ətrafından belə bir təklif gəldi. Ancaq mən "yox" dedim..."
CHP-nin keçmiş lideri daha sonra yenidən "6-lı Masa"nın liderlərini xəyanətdə ittiham edib.
Zülfiyyə
MİA.AZ