Bu gün Milli Məclisinə növbədənkənar seçkilər keçirilib.
Mia.az xəbər verir ki, səsvermə saat 8.00-da başlayıb və 19.00-dək davam edib.
MSK sədri Məzahir Pənahov bildirib ki, səsvermə günü gecə ilkin nəticələr elan ediləcək: "2 gün müddətində məntəqələrdən səsvermə protokolları MSK-ya çatdırılacaq. Bu zaman artıq ilkin nəticələr rəsmi şəkildə elan ediləcək. 20 gün müddətində səsvermənin nəticələri ilə əlaqədar MSK-ya müraciət etmək olar və bu müraciətlərə baxılacaq. Daha sonra isə müraciətlər məhkəməyə göndəriləcək".
Onu da qeyd edək ki, deputatlığa namizədlərin siyahısı Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilib.
Siyahı ilə buradan tanış ola bilərsiniz:
https://www.infocenter.gov.az/archive/millimeclis2024.aspx?i=4