İyulun 24-də Hərbi Hava Qüvvələri Kipr adasının cənubunda təlim uçuşu həyata keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir: “Aralıq dənizinin beynəlxalq hava məkanında, Kipr adasının cənubunda Hərbi Hava Qüvvələri Komandanlığına bağlı müxtəlif bazalardan havaya qalxan döyüş və dəstək təyyarələrimizin iştirakı ilə təlim uçuşu həyata keçirilib”.

Samir Musayev

MİA.AZ