"Bugün REAL namizədlərindən Natiq Cəfərli 450 imzanı özünün 33 saylı Xətai dairə seçki komissiyasına təhvil verdi".

Mia.az xəbər verir ki bu sözləri Real Partiyasının sədri İlqar Məmmədov deyib.

Onun sözlərinə görə, bununla da imzalarını toplayıb verən namizədlərimizin sayı altı nəfər olub: "Onlardan ikisi artıq qeydə alınıb. Daha yeddi namizədimiz yaxın günlərdə imzaları təqdim edəcək".