İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Co Baydenin prezidentlik yarışından geri çəkilməsinə reaksiya verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, ABŞ-da kimin prezident olmasının İsrail üçün əhəmiyyətli olmadığını deyib.
Netanyahu bildirib ki, prezidentin kim olmasından asılı olmayaraq, İsrail ABŞ-ın ən güclü müttəfiqidir və bu, belə də davam edəcək.
Xatırladaq ki, Netanyahu bu gün Vaşinqtona səfərə gedir. O, səfər çərçivəsində prezident Co Baydenlə də görüşəcək.
Zülfiyyə
MİA.AZ