Türkiyə ordusu Suriya və İraqda növbəti əməliyyat keçirib.
Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Bildirilib ki, İraq və Suriyanın şimalında həyata keçirilən əməliyyatlarda daha 4 terrorçu zərərsizləşdirilib: "Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalında Hakurk bölgəsində aşkarlanan 1, Suriyanın şimalında isə 3 PKK/YPG terrorçusunu zərərsizləşdirib".
Tahir Şəlvəli
MİA.AZ