"Microsoft 365" qlobal proqram təminatında yaranmış problemlə bağlı 84 uçuş reysi ləğv edən Türkiyə Hava Yolları yeni açıqlama yayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, açıqlamada artıq problemin böyük ölçüdə həll olunduğu bildirilib.

"Bütün bölmələrimiz əməliyyatlarımızı normal məcraya qaytarmaq üçün səylərimiz davam edir. Uçuşlarınızla bağlı dəyişiklik və geriqaytarma ilə bağlı prosesi vebsaytımız və ya mobil tətbiqimiz vasitəsilə apara bilərsiniz", - deyə açıqlamada qeyd olunub.

Firudin Səfərli

MİA.AZ