Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.
Mia.az xəbər verir ki, bu barədə Qaynarinfo-ya onun özü məlumat verib.
Sədr seçkilərdə partiyanın iştirak edəcəyini açıqlayıb: "Belə qərar verdik ki, mən seçkilərdə iştirak etməyim. Amma partiyanın 10-dan yuxarı səlahiyyətli şəxsləri seçkilərdə iştirak edəcək".
Qeyd edək ki, Fərəc Quliyev Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisinin IV və V çağırış deputatı, 2013-cü və 2018-ci illərdə Azərbaycan Respublikası prezidenti seçkilərində prezidentliyə namizəd olub, Milli Dirçəliş Hərəkatı Partiyasının qurucusu və hazırkı sədridir.
Partiya sədri: "Belə qərar verdik ki, mən seçkilərdə iştirak etməyim"
DİGƏR XƏBƏRLƏR
2026-04-03 16:55
2026-04-03 15:52
2026-04-03 10:25
2026-04-02 17:12
2026-04-02 16:01