“Müasir Müsavat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək”.
Mia.az-ın məlumatına görə, bunu KONKRET.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.
O bildirib ki, bu gün Siyasi Şuranın iclasında partiyanın seçkilərdə iştirakı ilə bağlı yekun qərar verilib:
“Bu gün partiyanın Siyasi Şurasının iclasında parlament seçkilərində iştirakla bağlı qərar verildi. Kimlərin namizəd olacağı müəyyənləşəcək. O cümlədən partiya seçkilərdə iştirak etmək istəyənlərə tam sərbəstlik verib. Kim istəyirsə, seçkidə iştirak edə bilər. Partiyamız Nərimanov, Gədəbəy, Goranboy, Gəncə və digər rayon və şəhərlərdə seçki yarışına qatılacaq. Müraciətlər əsasında sənədlər hazırlanır. Bu sənədlər bu gün və ya sabah Seçki Komisiyasına təqdim ediləcək. Kifayət qədər namizədimiz olacaq”.
Hafiz Hacıyev özünün namizəd olub-olmayacağı barədə də danışıb: “Mənim namizədliyim öz ixtiyarıma buraxılıb. Hələ ki, vaxt var. Namizədliyimi vermək üçün tələsmirəm. Bu barədə düşünürəm. Şəraitə uyğun addım atacam”.
Partiya sədri: “Mənim namizədliyim öz ixtiyarıma buraxılıb"
DİGƏR XƏBƏRLƏR
2024-11-27 14:58
2024-11-27 14:07
2024-11-27 12:05