Əli İnsanovun lideri olduğu Haqq Ədalət Partiyası (HƏP) deputatlığa namizədlərinin adlarını açıqlayıb.

Bu barədə partiyadan Mia.az-a verilən məlumata görə, dünən bu barədə HƏP-in İdarə Heyətinin iclası keçirilib.

İclasın gündəliyindəki parlament seçkiləri ilə bağlı məruzə ilə çıxış edən HƏP sədri Əli İnsanov növbədənkənar Parlament seçkiləri haqqında geniş məlumat verib. O, sonra qeyd edib ki, ‘'Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının qanununu’ və HƏP-in "Nizamnamə və Proqram”nı əsas tutaraq Haqq Ədalət Partiyasının bu seçkilərdə iştirakını təklif edir.

Müzakirələrdən sonra HƏP-ın aşağıda adları çəkilən üzvlərinin namizədlikləri məqbul sayılıb:

1. Əliyar Şirməmmədov – İdarə Heyətinin üzvü, HƏP Mərkəzi İcra Aparatının rəhbəri - Bakı şəhəri, Nizami birinci 24 saylı DSK ;

2. Bəhram Mehdiyev – İdarə Heyətinin üzvü - 25 saylı Bakı şəhəri, Nizami ikinci DSK ;

3. Aslan Dəmirov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin birinci müavini - 87 saylı Qobustan-Şamaxı-İsmayıllı DSK ;

4. Elçin İsmayılov – HƏP Mərkəzi İcra Aparatı rəhbərinin regionların işi üzrə müavini, HƏP Gəncə Regional Mərkəzinin rəhbəri - 40 saylı Gəncə şəhər üçüncü DSK ;

5. Bildirçin Davudova – HƏP Qadınlar Şurasının sədri - 50 saylı Abşeron üçüncü DSK ;

6. Əsgər Məmmədbəyli – HƏP Naxçıvan Şəhər Təşkilatının sədri - 4 saylı Naxçıvan şəhər DSK ;

7. Anar Hüseynov – HƏP Sumqayıt Regional Mərkəzinin rəhbəri - 43 saylı Sumqayıt Şəhər üçüncü DSK ;

8. Azər Salmanov – HƏP Zaqatala Regional Mərkəzinin rəhbəri - 111 saylı Zaqatala Şəhər DSK ;

9. Dilqəm Əliyev – HƏP Şəmkir Rayon Təşkilatının sədri - 102 saylı Şəmkir Şəhər DSK

Maraqlı budur ki, uzun müddət həbs həyatı yaşadığı üçün namzidəliyi qarşısına çıxarılan baryeri aşmaq üçün Əli İnsanovun özünün hüquqi addımlar atmadığı da deyilir.

Samir Musayev

MİA.AZ