SHOW TV--də yayımlanan "Kızılcık Şerbeti" serialının baş rol ifaçısı Sıla Türkoğlu haqqında yayılan xəbəri təkzib edib.

Mia.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, "Kızılcık Şerbeti" serialından ayrılacağı ilə bağlı yayılan xəbərlərlə bağlı sualı cavablandırıb.

Serialın aktyorları ilə bir araya gələn aktrisa İstanbulda restorandan çıxarkən bildirib ki, yayılan xəbər yalandı: "Bu xəbəöri kim və haradan çıxarıb? Mənim xəbərim yoxdur, yalandır. Serialda roluma davam edəcəyəm".

Ləman

MİA.AZ