VI çağırış Milli Məclisin deputatı Adil Əliyevin səlahiyyətlərinə xitam verilib.

Mia.az xəbər verir ki, bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə olunub.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Adil Əliyevin səlahiyyətlərinə xitam onun Suraxanı Rayon İcra Hakimiyyətinə başçı təyin edilməsi ilə əlaqədar verilib.

Qərar səsverməyə qoyularaq qəbul olunub.

Xatırladaq ki, Prezident İlham Əliyevin 8 iyul tarixli Sərəncamı ilə Adil Abış oğlu Əliyev Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.