İran prezidenti seçilən Məsud Pezeşkiyan Hizbullah qruplaşmasının baş katibi Həsən Nəsrullaha məktub göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
TV-dən bildirilib ki, məktubda Pezeşkian Hizbullahın baş katibinə tam dəstək ifadə edib: "İranın Hizbullah və bölgədəki digər müqavimət hərəkatlarına güclü və sarsılmaz dəstəyi davam edəcək. bu, İranın dəyişməz təməl siyasətidir. İsrail rejminin Fələstin xalqına və bölgənin digər xalqlarına qarşı ynei müharibə təhdidlərinin gerçəklşdirməsinə imkan verilməyəcək".
Tahir Şəlvəli
MİA.AZ