Türkiyə Prezidenti Ərdoğan son günlər İsraillə gərginliyin artdığı və geniş miqyaslı müharibənin bir addmlığında olan Livanın baş naziri Nəcib Mikatiyə zəıng edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan Mikati ilə görüşdə İsrailin Livana hücum və təhdidləri, İsrailin Qəzzaya hücumları və bölgədə artan gərginliyi müzakirə edib.

Türkiyə mətbuatı yazır ki, Ərdoğan İsrailin təcavüzünün tez bir zamanda dayandırılması vacibliyni mühüm sayıb: "İsrailin münaqişəni bölgəyə yaymaq cəhdləri son dərəcə təhlükəlidir. Türkiyənin İsrailin təcavüzkar siyasətinə qarşı Livanın yanındadır. Beynəlxalq ictimaiyyət və İslam dünyası regional və qlobal sülhü təhdid edən İsrailə gec olmadan “bəsdir” deməlidir".

Firudin Səfərəli

MİA.AZ