MHP lideri Dövlət Baxçalı bu gün Ankaranın Çankaya rayonunda sui-qəsd nəticəsində qətlə yetirilən keçmiş Ülkü Ocakları rəhbəri Sinan Ateşin iyulun 1-də başlayacaq ilk məhkəmə prosesi ilə bağlı meydan oxuyan bəyanat səsləndirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, partiyanın deputatları görüşdə çıxış edən Baxçalı çox sərt mesajlar verib: "1 iyulda başlayacaq cinayət işi üzrə prosesi partiyamızla əlaqələndirmək üçün təkayaq üstə olanlar 40 yalan uydururlar. Kimin kiminlə nə iş çevridiyini çox yaxşı bilirik. Davamızın 3-5 çapulcunun keyfinə görə yarğılanmasına imkan vermərik. Ortalıqda gəzən kuklaların başlarının təhrikiylə MHP-yə və Ülkü Ocaqlarını kimsə sorğuya çəkə bilməz. Bizi udmağa çalışdıqlarını bilmədiyimizi düşünürlər?  MHP ilə aşıq atılmaz".

İyulun 1-də keçiriləcək iclasda yalnız MHP-nin vəkillərinin iştirak edəcəyini bildirən Bacçalı deyib ki, bundan başqa MHP-dən orda kimsə olmayacaq: "Kim nə bilirsə, onu məhkəməyə təqdim etsin ki, hamısının boyunlarını arxasını görək. MHP və Ülkü Ocaklarını bu qətllə əlaqələndirməyə çalışanları  bağışlamayacağam, hesablaşacağam!".

Qeuyd edək ki, MHP liderinin bu açıqlamaları partiyanın deputatları və funksionerləri tərəfindən ayaqüstə alqışlanıb.
 
Samir Musayev

MİA.AZ