Prezident Ərdoğan lideri olduğu Ədalət və İnkişaf Partiyasının (AK Partiya) 7 şəhər üzrə təşkilat sədrini vəzifələrindən azad edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə partiya açıqlama verib.
Bildirilib ki, AK Partiyanın Adıyaman, Afyonkarahisar, Erzincan, Qaziantep, Kastamonu, Osmaniye və Zonguldak şəhər təşkilatlarının sədrlərinə yeni təyinatlar olub: "Prezident və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın əmri ilə Adıyamana Faruk Bülent Kablan, Afyonkarahisara Turgay Şahin, Erzincana Alpay Kabadayı, Gaziantepə Fatih Muhaddis Fedaioğlu, Kastamonuya Ahmet Sevgilioğlu, Osmaniyeyə Mehmet Sadi Binboğa ve Zonguldak təşkilatına Mustafa Çağlayan təyinat alıblar".
Açıqlamada yeni sədrləriə vəzifələrində uğurlar arzulanıb, keçmiş sədrlərə isə indiyə qədərki görə təşəkkür edilib.
Türkiyə mətbuatı yazır ki, bu sədrlərin dəyişilməsiundə əsas səbəb ötən bələdiyyə seçkilərindəki zəif fəaliyyətləri olub.
Zülfiyyə
MİA.AZ