"Rusiya indi fərqlidir. Cəmiyyət qəti şəkildə bütünləşib. Bu və ya digər səbəblərdən dünən Dağıstanda gördüklərimizə bənzər terror təzahürləri ölkədə heç vaxt cəmiyyət tərəfindən dəstək görə bilməz".
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov dünən Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində 19 nəfərin həyatını itirdiyi sensasiyalı terror hücumu ilə bağlı Moskvada jurnalistlərə görüşdə deyib.
Rusiya prezidenti Vladimir Putinin həyatını itirənlərə başsağlığı verdiyini xatırladan Peskov bildirib ki, Rusiya dost olmayan ölkələr hələ də onlara başsağlığı verməyib: "Bu ölkələrdən heç bir qınama mesajl da almadıq..."
Peskov Putinin hücumla bağlı hadisələri yaxından izlədiyini və lazımi məlumatların ona davamlı olaraq çatdırıldığını qeyd edib: "Bəziləri bu hadisə ilə Rusiyanın 2000-ci illərin əvvəllərindəki xaotik vəziyyətə qayıdacağından narahatlığını dilə gətirir. Xeyr, bu, baş verə bilməz. Rusiya indi tamamilə mühit var. Cəmiyyət tamamilə dəyişib. Qeyd etdiyim kimi, bu cür hadisələr cəmiyyət tərəfindən lazımı dəstək qazanmayacaq".
Peskov Rusiyaya dost olmayan ölkələrin bu hadisə ilə əlaqdar onlara başsağlığı verməmələrini də qınayıb.
Zülfiyyə
MİA.AZ