Müsavat Partiyasının Məclis üzvü, Bilasuvar təşkilatənın sədr müavini Qoşqar Nuralı həbs edilib.
Mia.az xəbər verir ki, bu məlumatı Müsavat Partiyasının Məclis rəhbəri arif Hacılı açıqlayıb.
Onun sözlərinə görə, həbsin əsil səbəbi onun Bilasuvar rayonundan olan deputat Bəhruz Məhərrəmlinin Azərbaycanda müstəqillik uğrunda xalq hərəkatının olmadığı, istiqlalımızı hədiyyə kimi aldığımız barədə savadsız, əsassız və ziyanlı çıxışına sərt cavab verməsidir: "Bununla belə Qoşqar bəy ənənəvi polisə tabe olmamaq ittihamı ilə 10 gün müddəinə həbs edilib. Qoşqar bəyin deputata qarşı etik olmayan ifadə işlətdiyi iddia edilir. Amma istiqlal uğrunda mübarizədə azadlıqlarını və həyatlarını itirmiş onminlərlə mücahidin, 20 yanvar şəhidlərimizin xatirəsinə həqarət edib, Xalq Hərəkatında iştirak etmiş milyonlarla soydaşımızın haqqına girmiş Bəhruz Məhərrəmliyə, gözün üstə qaşın var, deyən yoxdur. Bəlkə də bu çıxışına görə yenidən deputat mandatı ilə mükafatlandırılacağına ümid bəsləyir".
Samir Musayev
MİA.AZ