Fələstin hökuməti Ermənistanın Fələstini tanımaq qərarından məmnun olub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Fələstinin rəsmi agentliyi WAFA-da hökumətin bəyanatı yayılıb.
Bəyanatda Ermənistanın Fələstin dövlətini müstəqil və suveren dövlət kimi tanıması qərarı alqışlanıb və bu, çox yüksək qiymətləndirilib: "Ermənistanın bu qərarı ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində mühüm addımdır".
Fələstin Azadlıq Təşkilatının (FAT) İcraiyyə Komitəsinin baş katibi Hüseyn əl-Şeyx də Ermənistanın Fələstin dövlətini tanımasından məmnunluğunu ifadə edib. o, Ermənistanın addımını alqışlayıb: "Bu qərar haqqın, ədalətin, legitimliyin və Fələstin xalqının azadlıq və müstəqillik mübarizəsinin qələbəsidir. Ermənistana minnətdarıq".
Tahir Şəlvəli
MİA.AZ