Milli Şuranın üzvü Tofiq Yaqublunun məhkəməsi başlayıb.
Mia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında onların anket məlumatları dəqiqləşdirilib.
Müdafiə tərəfi onun şüşə qəfəsdən çıxarılaraq vəkillərinin yanında oturması və növbəti iclasın böyük zalda keçirilməsi ilə bağlı vəsatət verib. Vəsatət qismən təmin edilib.
T.Yaqublunun digər vəkili Aqil Layıc Tofiq Yaqublu barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini, təmin edilmədikdə isə onun barəsindəki həbs qətimkan təbirinin həbslə olmayan alternativ qətimkan tədbiri ilə əvəzedilməsini istəyib.
Daha sonra prokuror Tural Yaqubov prosesin məhkəmə baxışına verilməsini təklif edib.
Məhkəmə heyəti prosesin baxışa verilməsi barədə qərar qəbul edib.
Məhkəmənin ilk baxış iclası iyunun 21-nə toyin olunub.
Qeyd edək ki, T.Yaqublu ötən ilin dekabr ayının 14-ü saxlanılıb. Onlar Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə), 320.1 (rəsmi sənədləri saxtalaşdırma) və 320.2-ci (bilərəkdən saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur(Report).