Avropa İttifaqının (Aİ) ən yüksək məhkəməsi olan Avropa Ədalət Məhkəməsi Macarıstanın Aİ qanunlarını pozan sığınacaq sistemini tətbiq etdiyi üçün cəzalandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, qərara əsasən, ölkə 200 milyon avro cərimələnib.

Avropa Məhkəməsinin qərarında deyilir ki,  Macarıstanın Aİ qanunlarından irəli gələn öhdəliklərini yerinə yetirmədiyi hər gün üçün əlavə 1 milyon avro cərimə ödəməli olacaq: "Qərarda Macarıstanın Aİ-nin sığınacaq siyasətinə qəsdən” məhəl qoymadığı vurğulanıb və bu vəziyyətin Aİ qanunvericiliyində görünməmiş və son dərəcə ciddi pozuntu təşkil etdiyi qeyd edilib. Bu səbəbdən, Macarıstana 2020-dəön bu yana pozduğu qaydalara görə 200 milyon avro cərimə kəsilib".

Macarıstanın Baş naziri Viktor Orban isə bu qəraı qəbuledilməz və çirkin sayıb: "Görünür, qeyri-qanuni immiqrantlar Brüssel bürokratları üçün öz Avropa vətəndaşlarından daha vacibdir..."

Zülfiyyə

MİA.AZ