Prezident Ərdoğanın 18 ildən sonra CHP-nin Qərargahını ziyarət etməsi və başqan Özgür Özəl ilə görüşməsi MHP ilə AK Partiya arasında gərginliyə səbəb olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu görüşdən sonra ölkədə normallaşma prosesinə MHP və onun liderininn dirənməsi haqda tirajlanan xəbərlərə MHP lideri Dövlət Baxçalı maraqlı reaksiya verib.

O, bu yönədki xəbərləri Ərdoğanla birgə təmsil olunduqları Cumhur İttifaqından ayrılmağa hazır olmaları barədə mesajla cavablandırıb: "Əgər ormallaşma addımlarına bizi maneə kimi görürlərsə, o zaman Milliyyətçi Hərəkat Partiyası bu çərçivədə üzərinə düşəni etməyə hazırdır. Əgər bu istiqamətdə geniş bir ittifaq yaranarsa, vətənimiz və millətimiz naminə onlara lazım olanı rahatlıqları təmin etməyə hazırıq. Biz üzərimizə düşən məsuliyyətin fərqindəyik...".

Türkiyə mətbuatı yazır ki, Baxçalı bununla da Cumhur İttoifaqından geri çəkiləcəkləri barədə iddialara yaşıl işıq yandırıb.  

Baxçalının qeyd edilən sözlərinə CHP sədri Özgür Özəl operativ reaksiya verib.

O, Baxçalının sözlərini "Aydındır ki, Cumhur İttifaqında problemlər var" kimi şərh edərək bildirib ki, bu, əslində özlərinin problemləridir: "İttifaqın problemləri öz problemləridir. Bizim heç kimlə mübahisəmiz, gərginliyimiz yoxdur. Hörmətli Baxçalıya səslənəərk deyirəm ki, əgər o ittifaqdan mənun deyilsə, bizim ittifaqımıza - Türkiyə İttifaqına qatıla bilər. Ancaq bir şərtlə ki, Türkiyə bu böhranı yaradan AK Partiyanın məsuliyyəti və onların birliyindən yaşanan sıxıntıların, fəhlə və təqaüdçüləri haqq və hüquqularını qoruyacaq addımları birgə atmağa hazırdırsa, problem yoxdur. Yox, əgər bu məsuliyyətdən qaçmaq istəyirlərsə, bu, olmaz. Cənab Baxçalı ölkəni bu vəziyyətə gətirilməsndə Cumhur İttifaqı ilə birgə hərəkətiylə məsuldur, ya bunları etiraf edəcək, məsuliyyətini bölüşəcəklər, ya da geri çəkiləcəklər, biz iqtidara gəlib bütün problemləri həll edəcəyik..."

Firudin Səfərli

MİA.AZ