Sosial şəbəkələrdə deputat Fəzail Ağamalının qızı Günay Ağamalının parlament seçkilərdə iştirak edib, deputat olacağına dair söhbətlər dolaşır.
Bu fikir nə dərəcədə doğrudur?
Mia.az-ın məlumatına görə, Lent.az-a açıqlama verən deputat Fəzail Ağamalı bildirib ki, bu söhbətdən xəbəri yoxdur.
“İlk dəfə sizdən eşitdim. Hər halda belə bir şey olsa, birinci mən bilərdim. Ailəmizdə belə bir məsələ müzakirə olunmayıb, müzakirə predmeti deyil. Görünür qızımın sosial şəbəkələrdə fəallığı dəyərli soydaşlarımızda belə güman yaradıb. Lakin birmənalı olaraq, “yox”, “ola bilməz” deyə bilmərəm. Qızımın 41 yaşı var. Bütün Azərbaycan vətəndaşları kimi, onun da deputat seçilmək hüququ var, “olmaz” demək onun hüquqlarını tapdalamaq demək olardı. Seçkilərin keçirilməsinə hələ çox var. Qızım tərəfdən belə bir təşəbbüs irəli sürülməyib”, - deyə o bildirib.
Deputat: "Qızımın 41 yaşı var, onun da deputat seçilmək hüququ var"
DİGƏR XƏBƏRLƏR
2024-11-27 21:46
2024-11-27 14:58
2024-11-27 14:07