MHP sədri Dövlət Baxçalı keçmiş Ülkü Ocakları sədri Sinan Ateşin Ankarada sui-qəsdlə öldürülməsi işi üzrə məhkəmə prosesi ilə bağlı açıqlama verib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, MHP-nin 2024-cü il iyulun 1-də keçiriləcək məhkəmə prosesində mütləq iştirak edəcəyini bəyan edib: "Biz Türkiyə məhkəməsinin hüzurunda bu qaranlıq oyunların və onların töküntüləri ilə hesablaşacağıq. Artıq indidən ittiham aktı hazırlanan cinayət işi ilə bəzi çevrələr ölkədəki millətçi və ülkücüləri etibarsızlaşdırmağa, Cumhur İttifaqına zərbə vurmağa çalışırlar. Ancaq buna imkan verilməyəcək. Bu cinayətin şəffaf araşdırılamsı üçün hər şey ediləcək".
Firudin Səfərli
MİA.AZ