İYİ Partiyasının keçmiş başqanı Meral Akşener ötən həftə prezident Ərdoğanla 1,5 saatlıq qapalı görüşü barədə iki səhifəlik açıqlama yayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər ki, o, görüşlə bağlı mediada müzakirə olunanları dedi-qodu adlandırıb.
Meral Akşener deyib ki, görüşə əslində bir iş adamının Ali Məhkəmədə olan işini həll etmək üçün gedib.
O daha sonra bildirib ki, mediada görüşlə bağlı irəli sürülən iddialar yalandır: "Mediada əks olunan əsassız xəbərləri böyük sürpriz və kədərlə izləyirəm".
Akşener Ankarada - Beştəpə sarayına yaxın ofis icarəyə götürmə xəbərini də təkzib edib.
İYİ Partiyasının sabiq sədri ölkənin vitse-prezident postuna gətirləcəyi haqda xəbərdən isə söz açmayıb.
Lamiyə Əhmədli
MİA.AZ