Venesuela prezidenti Nikolas Maduro Rusiya prezidenti Vladimir Putinə növbəti dəfə prezident seçilməsi münasibəti ilə məktub göndərib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, məktubunda Putini dünya lideri saqyıb: "Cənab prezident, hörmətli əziz dostum, "5-ci dəfə Rusiya Federasiyasının prezidenti seçilmənizi dost Venesuela xalqı adından təbrik edirəm".
Rusiya ilə birlik və sülh yolunda qətiyyətlə irəlilədikləri haqda cümlələr işlədən Maduro daha sonra məktibda yazıb: "Siz dünyanın ən böyük liderlərlərindənsiniz. Məhz siz - Putin Rusiya Federasiyasını dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevirib. Mən buradan cənab Putinə səslənirəm: Venesuela xalqı sizi sevir, sizi dəstəkləyir, sizə dərindən hörmət edir".
Qeyd edək ki, Vladimir Putin dünən Kreml sarayında keçirilən mərasimdə and içərək, 5-ci dəfə Rusiya Federasiyasının prezidenti kimi rəsmən fəaliyyətə başlayıb.
Tahir Şəlvəli
MİA.AZ