İsrail ordusunun artilleriya atəşi nəticəsində Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərində bələdiyyə binasında yanğın baş verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, binaya yanıb, ətrafdakı tikililərə ciddi ziyan dəyib.

Məlumata görə, bununla yanaşı, İsrail qüvvələri Rəfahda çoxsaylı evləri vurub: "Nəticədə onlarla dinc sakini həlak olub, çoxlu sayda yaralı var. Oxşar addımlar Qəzzanın digər bölgələrində də yaşanır...".

Xəbərdə deyilir ki, HƏMAS-ın silahlı qanadı İzzəddin əl-Qəssam Tuqayları da boş dayanmayıb: "Onlar Netzarimin şərqindəki İsrailin mövqelərini  minaatanlarla atəşə tutub. Rəfahın şərqindəki Şavke məhəlləsində isə bir binada barrikada quran İsrail əsgərlərini mühasirəyə alaraq onlarla açıq döyüşə giriblər. Bundan əlavə, HƏMAS döyüşçüləri Rəfahın şərqində İsrail qüvvələrini qısamənzilli raketlər və ağır çaplı minaatanlarla hədəfə alıblar. Ən qəzğın döyüşlər isə Misirlə sərhəddəki Rəfah Sərhəd Qapısının şərq hissəsində gedir. Artıq sərhəd qapısından böyük tüstülər çıxır, aramsız partlayış səsləri eşidilir...".

Tahir Şəlvəli

MİA.AZ