Bu gün Milli Məclis İnzibati Xətalar Məcəlləsinə daha bir dəyişikliyi təsdiqləyib.

Mia.az xəbər verir ki, dəyişikliklə “Tütün və tütün məmulatı haqqında” qanunda nəzərdə tutulmuş qaydada qeydiyyata alınmadan tütün məmulatının istehsalı fəaliyyəti ilə məşğul olmağa görə vəzifəli şəxslər 5 000 manatdan 7 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra I oxunuşda qəbul olunub.