"Qassam tuqayları" sərhəd qapısını ələ keçirən İsrail əsgərləri ilə savaşa girib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qassam Tuqayları bəyanat yayıb.
Bəyanatda deyilir ki, bu gün Misir sərhədində - Qəzza zolağının cənubundakı Rəfah Sərhəd Qapısının şərqinə daxil olan İsrail ordusu qüvvələri ilə birbaşa açıq döyüşə başlayıblar: "Hazırda İsrail hərbçiləri minaatanlarla güclü aətş altında saxlanılır..."
Xatırladaq ki, bu gün İsrail ordusu Misirlə sərhəddəki sərhəd məntəqəsini tam ələ keçirdiyini açıqlayıb.
Firudin Səfərli
MİA.AZ