Rusiya-Ukrayna müharibəsinin şiddətləndiyi bir məqamda, Rusiya lideri Putin nüvə kartını da masaya qoyub.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, İngiltərə və Fransanın ardıcıl təhdidlərindən sonra rsmi Moskva nüvə silahı ssenarilərinin tətbiqi ilə bağlı qoşunları ayağa qaldırıb.

Məlumata görə, Putinin əmri ilə Rusiya Müdafiə Nazirliyi nüvə silahlarının operativv atışa hazırlanması üçün müxtəlif bölgələrdə təlimlər başlayıb.

İddiaya görə, bu, Qərb rəsmilərinin Rusiyaya qarşı təxribat xarakterli bəyanatlarına və təhdidlərinə cavab olaraq həyata keçirilir.

Bildirilir ki, Böyük Britaniyanın xarici işlər naziri Lord Cameron və Fransa prezidenti Emmanuel Makronun son həftələrdə Rusiya ilə bağlı təhdid dolu açıqlamaların gözardı etmək mümkün deyil.

"RİA Novosti"yə danışan rusiyalı diplomat Qriqori Maşkov deyib ki, hazırda Qərblə açıq münaqişə mərhələsindəyik: "Ümid edirəm ki, bu, birbaşa silahlı münaqişyə çevrilməyəcək. Hazırda 1962-ci ildə Kuba Raket Böhranından bəri münasibətlərdə ən pis çöküş baş verib və Moskva bütün raket arsenalını gücləndirməli, savaşa hazırlamalıdır".

Maşkov əlavə edib ki, bu, potensial düşmənin Rusiyanın qüdrətini sınamasının qarşısını almaq üçün vacibdir: "Yoxsa, dünya görünməmiş fəlakətl üz-üzə gələcək".

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun məlumatına görə, Rusiya 2024-cü ildə ümumi daxili məhsulunun (ÜDM) 7,1 faizini və ya ümumi dövlət xərclərinin üçdə birindən çoxunu hərbi xərclərə sərf edəcək.

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron bu yaxınlarda "The Economist"ə müsahibəsində deyib ki, əgər işlər çətinləşərsə, Ukraynaya hərbçi göndərəcəklər: "Mən heç nəyi istisna etmirəm, çünki biz heç nəyi istisna etməyən biri ilə - Rusiya ilə üz-üzəyik"

Putin isə hələ bundan əvvəl də oxşar bəyanat verən Makronu hədələmişdi:"Fransa Ukraynaya qoşun yeridərsə, bu qoşunlar 1812-ci ildə işğaldan sonra böyük itkilər verən Napoleon Bonapartın ordusu ilə eyni aqibəti yaşayacaqlar".

Zülfiyyə Mustafayeva

MİA.AZ