Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində sümük fraqmentləri aşkar edilib.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, mayın 5-də işğaldan azad olunmuş Ağdərə rayonunun Suqovuşan qəsəbəsi ərazisində yeni binaların tikintisi ilə əlaqədar qazma işləri aparılan zaman insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Qubadlı rayonu ərazisində sümük fraqmenti aşkarlanıb.

Mia.az Baş Prokurorluğa istinadla xəbər verir ki, mayın 5-də işğaldan azad olunmuş Qubadlı rayonunun Xanlıq kəndi ərazisində mina təmizləmə işləri aparılan zaman insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyünün aşkar edilməsi faktı üzrə Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.