ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi Şuşaya səfər edib.

Mia.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım olub.

Bildirilib ki, səfir Mark Libbi və Danusia Libbi bu gün Füzuli və Şuşaya səfər ediblər: "Səfir hökumət nümayəndələri ilə, səfirliyin dəstəklədiyi ingilis dili proqramında iştirak etmiş yerli təhsil işçiləri ilə görüşəcək, həmçinin Şuşa qalasını, Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını, Vaqif məqbərəsini və Cıdır düzünü ziyarət edəcək".

***

Səfir Libby Şuşada olarkən şəhərin inkişafı üçün görülən işlər və Şuşanın məcburi köçkün icmasının qayıdışı ilə bağlı ətraflı məlumat almaq üçün Şuşa rayonu üzrə xüsusi nümayəndə Aydın Kərimovla görüşüb.

Mia.az xəbər verir ki, bu barədə səfirliyin sosial media hesabında paylaşım olub.

Qeyd edilib ki, onlar, həmçinin, regionun yaşıl enerjisini və ABŞ-nin Azərbaycanın məcburi köçkün icmalarına və minalardan təmizləmə təşəbbüslərinə göstərdiyi dəstəyi müzakirə ediblər.