İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat açıqlanıb.

Mia.az ANAMA-ya istinadla bildirir ki, azad olunan ərazilərdə 29 aprel -5 may 2024-cü il tarixi ərzində 53 tank əleyhinə mina, 26 piyada əleyhinə mina, 378 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin, 2046.3 hektar ərazi minalardan təmizlənib.