"Üzüklərin Əfəndisi" filmindəki Kral Teoden və "Titanik" filmində kapitan Edvard Smit rolları ilə məşhurlaşan britaniyalı aktyor Bernard Hill vəfat edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə məşhur aktyorun meneceri Lou Coulson məlumat verib.

O, aktyorun dünən səhər dünyasını dəyişdiyini bildirib: "Kədərlə açıqlayıram ki, biz Bernard Hilli itirdik. Onun xatirəsi daim qəlbimizdə yaşayacaq...".

Xatırladaq ki, 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəminin kapitanı "Edvard Smit"i canlandırıb.

O, ən çox Oskar mükafatı alan "Üzüklərin Əfəndisi"ndə "Kral Teoden" rolu ilə məşhurlaşıb. 

Britaniyalı aktyorun ölüm xəbərindən sonra sevənləri "Üzüklərin Əfəndisi"ndəki ölümlərdən sonra deyilən "Yaxşı ol. Get, get, sən" paylaşımları ediblər.

Ləman

MİA.AZ