İsrailin bu ilin ilin əvvəlindən 500 fələstinlinin meyitini geri verməkdən imtina edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin "Şəhidlərin Cəsədlərini Gerialma Təşəbbüsü" deyilən təşkilat bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, israrlara baxmayaraq, İsrail tərəfi indiyədək həbsdə ölən 500-dək fələstinlinin meyitini ya morqlarda saxlayır, ya da sadəcə nömrələnən və şərti adı "Rəqəmlər Məzarlığı" olan ərazidə basdırıb: "İsrail tərəfi onlardan yalnız 4-nün çürümüş nəşini aprel ayında geri təhvil verib. Qalanlarını isə müxtəlif bəhanələrlə geri verməkdən imtina edir. Bu isə beynəlxalq hüquq və prinsiplərə uyğun deyil..."

Bəyanatda o da deyilir ki, bu 500 nəfərin cəsədinin 7 oktyabr 2023-cü il tarixindən sonra Qəzzadakı savaşda ölən fələstinlilərin meyitlərinə aidiyyatı yoxdur.

Onu da qeyd edək ki, İsrail həbsdə ölən fələstinlilərin cəsədlərini "Rəqəmlər məzarlığı" adlanan qəbrlərdə basdırır. Burada onların adları qeyd edilmir, yalnız kişik lövhələrə rəqəmlər yazılır.

Firudin Səfərli

MİA.AZ