ABŞ prezidenti Co Bayden tələbələrin Fələstinə dəstək aksiyalarının ölkəsinin Yaxın Şərq və İsrail siyasətinə təsir etmədiyini bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərin suallarını cavablandırıb.

Tələbələrin ifadə azadlığının hər zaman hörmət edilməli olduğunu qeyd edən Bayden bildirib ki, bununla belə, zorakılığa çevrilən heç nəyə icazə verilməyəcək: "Amerika xalqının səsi həqiqətən eşidildi, dinc nümayişlər amerikalıların mühüm hadisələrə necə reaksiya verdiyinin ən yaxşı nümunələrindən biridir. Amma biz qanunsuz ölkə deyilik, sivil cəmiyyətik və nizam-intizam hökm sürməlidir. Təəssüf ki, bəzi universitet şəhərciklərində hadisələr zorakılığa çevrilib...".

Jurnalistlərdən birinin "bu hadisələrə polis müdaxilə edib" sözünə isə Bayden belə cavab verib: "ABŞ avtoritar ölkə deyil. Nümayişçilər də sıxışdırılmayıb. Sadəcə aksiyalarda zorakılıq olmaz. Dinc nümayişlərə icazə verilir. Zorakılıq olarsa, bu, qanuna ziddir. Əmlaklara zərərvermə dinc nümayiş deyil, vandalizmdir. İcazəsiz mülkə girmək, pəncərələri sındırmaq, kampusları bağlamaq, şəhərcikləri bağlamaq, dərsləri zorla ləğv etmək dinc nümayişlər ola bilməz. Bu, həm də başqalarının haqqını inkar etməkdir".

Xatırladaq ki, aprelin 18-dən bəri ölkə daxilində fələstinlilərə dəstək aksiyalarında 800-dən çox adam saxlanılıb.

Zülfiyyə

MİA.AZ