Bu gün Prezident Rəcəb Tayyib Ərdoğan ilə CHP sədri Özgür Özəl arasında AK Partiya qərargahında görüş baş tutub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bakı vaxtilə saat 17.00-da başlayan bu görüş AK Partiya ilə CHP liderlərinin 2016-cı ildən sonra ilk dəfə bir araya gəlməsidir.
Məlumata görə, görüş 1 saat 35 dəqiqə çəkib.
Tərəflər gündəmdəki məsələlər ətrafında müzakirə aparıblar.
Lamiyə
MİA.AZ